Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mən belə dövranı qana bilmirəm”  adlı  şeir saatı  keçirilib

28.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 27.05.2022-ci il tarixində satirik şair, ictimai xadim, mütəfəkkir Tahirzadə Mirzə Ələkbər  Zeynalabdin oğlunun (Mirzə Ələkbər Sabir) anadan olmasının160 illiyi ilə əlaqədar ”Mən belə dövranı qana bilmirəm”  adlı  şeir saatı  keçirdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra  MKS-nin 19 saylı filialının  müdiri Elza Əliyeva “Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər Sabir”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin  Azərbaycan dili ədəbiyyat müəlliməsi  Züleyxa  Mirzəyeva  “Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı”, psixoloq  Qətibə Mustafayeva “ Türkdilli xalqlar arasında tək-tək şairə nəsib olan şan-şöhrət sahibi-M.Ə.Sabir”,  Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva  “Sabirlə C.Məmmədquluzadə arasındakı ideya-məslək dostluğu “, Məktəbin kitabxana müdiri Ruziyə Abbasova “Öz ictimai-milli mübarizə əzm və amalından dönməyən  şair”, kitabxanaçı  Jalə İsmayılova  “Sabirin poetik istedadını təqdir edən fikirlər” adlı    çıxışlar etdilər. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin  VII c sinif şagirdlərindən Nigar Əhmədova  Mirzə Ələkbər Sabirin “İstəsən könlüm zülfün kimi pərişan”, Hüseyin Hüseynov “Oxutmuram əl çəkin”, Fidan Ömərova “Cavan”, Nərmin Əliyeva “Ata nəsihəti”, Fatimə Çikayeva “Əkinçi”, Bəylər Baxşəliyev “Qorxmuram”, Həbibə Quliyeva “Doğru”, Aysun Vəliyeva “Həvəs”, Tural Məmmədov “Millət necə tarac olur-olsun nə işim var “ adlı şeirlərini söylədilər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.

 

 

91.9 KB

 

85.3 KB